İtaliya millisinin keçmiş bombardiri vəfat etdibackend

İtaliya millisinin keçmiş bombardiri vəfat etdi

Futbol üzrə İtaliya milli komandasının keçmiş bombardiri Luici Riva 79 yaşında vəfat edib. 

KONKRET.az xəbər verir ki, o infarkt keçirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq keçmiş futbolçunu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub.

O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*