Kadırovu hədələyən David Kasatkin Qroznı istintaq təcridxanasına köçürülüb.
KONKRET.az xəbər verir ki, Ukrayna Milli Qvardiyasının leytenantı, Azov tağımının komandiri, 25 yaşlı David Kasatkin (Ximik) xüsusi hərbi əməliyyatın ilk günlərində tanınıb. Azovstal metallurgiya zavodunun zirzəmidə bloklanan David Kasatkin Rusiya ordusu tərəfindən əsir götürülüb.
Hazırda o, Rusiya təhlükəsizlik qüvvələrinin əlindədir. Bəzi məlumatlara görə, o, Şimali Qafqazdakı istintaq təcridxanalarından birinə – Qroznıya aparılıb və burada istintaq aparılcaq və məhkəməni gözləyəcək.
Məlumata görə, onun dindirilməsində Ramzan Çeçenistan rəhbəri Kadırov şəxsən iştirak edir.
Xatırladırıq ki, bundan əvvəl David çeçen komandirləri, şəxsən Kadırovu və uşaqlarını öldürməklə hədələyib, anasını təhqir edib, qızlarına təcavüz edəcəyi ilə hədələyib.
Xuraman Etibarlı,
KONKRET.az
