Yeni hərbi yardım paketində Kanada Ukraynaya 35 pilotsuz uçuş aparatı (PUA), döyüş sursatı, yüngül avadanlıq və Leopard 2 tanklarının saxlanmasına kömək edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Həmçinin Ukraynaya yüksək dəqiqlikli kameralarla təchiz edilmiş 35 pilotsuz uçan aparat göndərəcəyik və texniki dəstək, eləcə də yüngül avadanlıq və döyüş sursatları verəcəyik”, – Trüdo bildirib.
Bundan əlavə, Kanada Kiyevə F-16 qırıcılarında pilotların hazırlanmasında və Leopard 2 tanklarının saxlanmasında köməklik göstərəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
