Karl Bildt: “Gürcüstanla sərhəddə xaosdur, hətta Monqolustana qədər uzun tıxac var” – VİDEObackend

Karl Bildt: "Gürcüstanla sərhəddə xaosdur, hətta Monqolustana qədər uzun tıxac var" - VİDEO

Səfərbərliyin üçüncü günündə Yuxarı Larsda tıxaclar artıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Gürcüstan istiqamətinə gedən magistral yolda Rusiyada səfərbərliklə bağlı üç gündür tıxac olduğu bildirilir.

Şəbəkə istifadəçiləri qeyd edirlər ki, kilometrlərlə tıxaclar və uzun gömrük rəsmiləşdirilməsi səbəbindən Vladiqafqazdan Gürcüstana getmək təxminən bir gün çəkir.

Sosial şəbəkə istifadəçiləri xəbər verir ki, sentyabrın 22-də Vladiqafqazdan çıxışda yol polisi əməkdaşları avtomobilləri Gürcüstanla sərhədə buraxmayıb.

Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri bunu yolda sıxlığın olması ilə izah edib.

İsveçin keçmiş baş naziri və keçmiş xarici işlər naziri, hazırda analitik mərkəzin – Avropa Xarici Əlaqələr Şurasının həmsədri Karl Bildt Rusiya-Gürcüstan sərhədindəki tıxacları şərh edib.

Twitter səhifəsində video paylaşan diplomat rusların kütləvi şəkildə ölkədən necə qaçdığına diqqət çəkib.

“Çox sayda insan Rusiyanı tərk etməyə çalışır. Gürcüstanla sərhəddə xaosdur. Hətta Monqolustana qədər uzun növbələr var, insanlar sadəcə ölkəni tərk etmək istəyirlər”, – deyə Bildt yazıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*