Kılıçdaroğlunun açıqlamasından sonra Türkiyəyə gələn rusiyalı turistlərin sayı KƏSKİN AZALDIbackend

Kılıçdaroğlunun açıqlamasından sonra Türkiyəyə gələn rusiyalı turistlərin sayı KƏSKİN AZALDI

Kılıçdaroğlunun açıqlamasından sonra Türkiyəyə gələn rusiyalı turistlərin sayı 10 faizə düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, Kılıçdaroğlunun açıqlamasından sonra rusiyalı turistlərin sayında azalma olduğunu açıqlayıb.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hakimiyyətə gələcəyi təqdirdə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

O, həmçinin vurğulayıb ki, rusiyalı turistlərin sayının azalmasına səbəb müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə ölkələrinə qayıda bilməyəcəkləridir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfər olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*