Kipşidze: Saakaşvili hərəkət etməkdə çətinlik çəkirbackend

Kipşidze: "Saakaşvili hərəkət etməkdə çətinlik çəkir"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fiziki cəhətdən çox zəifdir, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze deyib.

“Məsləhət görərdim ki, çərşənbə axşamından öncə konsilium təşkil edilsin və həkimlər sonrakı addımları müzakirə etsin. Onda (Saakaşvili –red.) zəiflik, simanın solğunluğu müşahidə edilir, hərəkət etməkdə çətinlik çəkir. Hazırda xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Lakin sonra nələr olacağına baxacağıq”, – deyə həkim bildirib.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*