Koçaryanın oğlu deputat oldubackend

Koçaryanın oğlu deputat oldu

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat mandatı verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Xatırladaq ki, Levon 25 sentyabrda 1 ay müddətinə həbs edilib. Koçaryanın oğlu ölkənin hazırki Baş naziri Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.

Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*