Kollecdə baş verən yanğının səbəbi açıqlandıbackend

Kollecdə baş verən yanğının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin (GDU) Regional Kollecində yanğın baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*