Koronavirusla bağlı SON STATİSTİKAbackend

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 238 652 893 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, virusdan 4 867 294 xəstə ölüb, 215 856 030 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (45 204 373 nəfər), Hindistan (33 971 607 nəfər), Braziliya (21 575 820 nəfər), Böyük Britaniya (8 154 306 nəfər) və Rusiyadır (7 775 365 nəfər).

Türkiyədə 7 444 552, İranda 5 702 890, Gürcüstanda 634 053, Ermənistanda isə 272 356 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (216 415 nəfər), İran (122 592 nəfər) və Türkiyədə (66 180 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 492 179 nəfərin 6 664-ü ölüb, 473 023 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*