Kreml Duqini meydana çıxardı – İki şərt elan edildi, region qarışdıbackend

Kreml Duqini meydana çıxardı – İki şərt elan edildi, region qarışdı

Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin son açıqlaması xüsusi diqqət çəkib. Duqin Rusiyanın hədsiz sınaqlar dövrünə qədəm qoyduğunu, Atlantik Qərbin ölkənin ruhuna deyil, maddi əsasına zərbə vurduğunu bildirib.

O, Ukraynadakı münaqişənin həlli istiqamətində təklif edilən “Tramp planı”nın Rusiya üçün məqbul olduğunu, hətta hazırkı ağır iqtisadi şəraitdə bir zərurət və xilas yolu kimi qəbul edilməli olduğunu vurğulayıb. Duqin Qərbi “müqəddəs sivilizasiya müharibəsi” ilə hədələyib və bu savaşın qələbəyə qədər davam edə biləcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya hakimiyyəti tez-tez öz mesajlarını müxtəlif ideoloqlar və təbliğatçılar vasitəsilə ictimaiyyətə çatdırmağa üstünlük verir:

“Duqin də Moskvanın rəsmi siyasətinin mesajlarını ictimaiyyətə çatdıran əsas şəxslərdən biridir. Hətta o, Kremlin baş ideoloqu hesab olunur. Onun açıqlamasının bir neçə gün öncə Rusiya rəsmilərinin verdiyi üstüörtülü mesajlarla eyni mahiyyətdə olduğu görünür. ABŞ Prezidenti Donald Trampın təklif etdiyi ilkin sülh variantı faktiki olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ciddi şəkildə sual altına alır. Sülh sənədində həmçinin Kiyevin hərbi qüvvələrinin sayının azaldılması və gələcəkdə hərbi bloklara qoşulmasının qarşısının alınması da nəzərdə tutulur. Bu isə Ukrayna üçün qəbulolunmazdır. Kiyev hökuməti sazişi imzalayarsa, dövlət Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşəcək.

Kreml Duqini meydana çıxardı - İki şərt elan edildi, region qarışdı

Duqinin “Tramp planı”nı dəstəkləməsi bu baxımdan başa düşüləndir. Digər tərəfdən isə sözügedən plan ABŞ və Avropa ölkələrində ciddi narahatlıq doğurub, buna görə də 28 maddənin sayı 22-yə qədər azaldılıb. Şübhəsiz, bu, Tramp tərəfindən Rusiyaya uyğunlaşdırılmış bir təşəbbüsdür və sonrakı müddətdə ona uyğun açıqlama verməsi gözlənilir. İlk plan Rusiyanın təşəbbüsü ilə irəli sürülüb və ABŞ mediası bunu işıqlandırıb. Duqin sözləri ilə mesaj verir ki, Rusiyanın konkret tələb və şərtləri yerinə yetirilməsə, sülh sazişi imzalanmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*