Külək Biləsuvar və Cəlilabadda da fəsadlar yaratdıbackend

Külək Biləsuvar və Cəlilabadda da fəsadlar yaratdı

Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.

Cəlilabad rayonunda da külək fəsadlar törədib. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.

Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*