Kürdəxanıda iki avtomobil toqquşdubackend

Kürdəxanıda iki avtomobil toqquşdu

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hummer” və “99-TY 561” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*