Latviya hakimiyyəti qeyri-qanuni miqrasiyanın artması ilə bağlı təhdidlərə görə Belarusla sərhəddəki Silene keçid məntəqəsini bağlamaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Latviyanın LSM televiziya şirkəti məlumat yayıb.
“Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, Dövlət sərhədinin bütövlüyünü təmin etmək və qeyri-qanuni miqrasiya ilə bağlı dövlətə təhdidlərin qarşısını almaq məqsədi ilə iki keçid məntəqəsindən biri olan “Silene”nin fəaliyyəti dayandırılıb”, – məlumatda deyilir.
Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Riçard Kozlovskisin sözlərinə görə, bu tədbir sərhədçilərin yaşıl sərhədin mühafizəsi və patruluna keçirilməsinə imkan verəcək.
Ariz Həsənoğlu,
KONKRET.az