“Şimali Atlantika Alyansının (NATO) üzvləri bu məsələdə konsensusa gələrsə, Latviya Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun yeritmək barədə razılıq əldə olunarsa, Latviya iştirak etməyi nəzərdən keçirəcək.
Baltikyanı ölkənin müdafiə nazirliyinin sözçüsü bildirib ki, Riqa Kiyevə dəstəyi gücləndirmək üçün bir çox müxtəlif variantları nəzərdən keçirməkdə davam edir və Qərbin quru qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinə deyil.
Burhan,
KONKRET.az
