Sentyabrın 22-də BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoliariç Eqqerin baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ukrayna böhranı, Qarabağ, Sudan, Əfqanıstan və Suriyadakı vəziyyət də daxil olmaqla, əsas regional sahələrdə humanitar işlərin aparılması məsələləri müzakirə edilib. “BQXK-nın Rusiyadakı işinin cari parametrləri dəqiqləşdirilib”, – məlumatda qeyd edilir.
Ariz Həsənoğlu,
KONKRET.az
