Lavrov bu gün Bakıya gəlir – Səfər planı AÇIQLANDI – YENİLƏNİBbackend

Lavrov bu gün Bakıya gəlir - Səfər planı AÇIQLANDI - YENİLƏNİB

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, – deyə məlumatda qeyd edilir.

***

 09:17
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, Sergey Lavrovun Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılır.

Rusiya XİN rəhbərinin səfəri mayın 11-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*