Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar varbackend

Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran – Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ – 21015” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşub.

Nəticədə 1987 – ci il təvəllüdlü Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Əlihüseyn oğlu Rəhimov, 1982 – ci il təvəllüdlü Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Tehran oğlu Əliyev və 1979 – cu il təvəllüdlü Lənkəran şəhər sakini Ülviyyə Malik qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*