“Liverpul” “Çelsi”ni darmadağın edibbackend

“Liverpul” “Çelsi”ni darmadağın edib

İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Liverpul” öz meydanında “Çelsi”ni darmadağın edib.

KONKRET.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul”dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub.

“Liverpul” bu mövsüm 22-ci oyunda 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və “Çelsi” üzərində qələbə “Liverpul”un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*