Macarıstan İrana köməyini təklif etdibackend

Macarıstan İrana köməyini təklif etdi

Macarıstan İran üçün “Avropaya qapı” rolunu oynaya bilər.

KONKRET.az xəbər verir ki, bu fikri IRNA-ya müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Avropa İttifaqının və Şengen zonasının üzvü olduğumuz üçün Macarıstan asanlıqla İran üçün Avropaya açılan qapı ola bilər. İranın iqtisadiyyat və maliyyə nazirindən eşitdiyimə görə, bir çox Avropa ölkələri İranla həm birbaşa, həm də üçüncü dövlətlərin köməyi ilə ticarət edir. İnanıram ki, Macarıstan İran üçün iqtisadi və ticari əməkdaşlıq sahələrində qapı rolunu oynaya bilər”, – deyə İran agentliyi nazirin sözlərindən sitat gətirib.

Siyarto vurğulayıb ki, Macarıstan azad və ədalətli qlobal ticarətin tərəfdarıdır. Onun sözlərinə görə, xarici sərmayənin olması ölkə iqtisadiyyatının fəaliyyəti üçün müəyyənedici amildir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*