İsveç hökuməti Mali Respublikasına maliyyə yardımını dayandıracaq.
KONKRET.az xəbər verir ki, buna səbəb ötən il Afrika ölkəsinin Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinin əleyhinə səs verməsi olub.
“Biz başqa ölkələrlə əməkdaşlıq edəndə istəyirik ki, o ölkələr də İsveçlə əməkdaşlıq etsinlər, lakin Malinin hərbi xuntası bunun əvəzinə Rusiyaya üz tutur. Bizim ərzaq, su və dərman şəklində humanitar yardımımız Malidə qalmağa davam edəcək, əlavə dəstəklər isə dayandırılacaq”, -deyə İsveçin TV4 telekanalı Yardım və Xarici Ticarət naziri Yohan Forsselə istinadən bildirib.
Qeyd edək ki, son on ildə İsveç Malinin inkişafı üçün 3,5 milyard krondan (352 milyon dollardan çox) çox vəsait ayırıb.
2023-cü ilin fevralında BMT Baş Assambleyası Rusiyadan qoşunlarını Ukrayna ərazisindən dərhal çıxarmağı tələb edən qətnamə qəbul etdi. 141 ölkə “lehinə”, yeddi ölkə “əleyhinə” (Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eritreya, Nikaraqua və Mali), Hindistan, Çin və Cənubi Afrika da daxil olmaqla daha 32 ölkə bitərəf qalıb.
Burhan,
KONKRET.az
