Marqarita Simonyan özünü Kim Kardaşyanla müqayisə edib.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, RT kanalının baş redaktoru Marqarita Simonyan özünü məşhur amerikalı model və porno aktrisa Kim Kardaşyanla müqayisə edib.
Simonyan teleqram kanalında yazıb ki, o, Kim Kardaşyanla eyni millətdən və eyni doğum ilindən olduğunu öyrənib.
Bundan əlavə, Simonyan qeyd edib ki, o, həm də “eyni boy, eyni ayaq ölçüsü və eyni bel ölçüsü”nə malikdir.
“Və nə fərqli talelər. Aydındır ki, boyum da, ayaq ölçüm də, belim də Kardaşyanla eyni ölçüdədir”, – deyə Simonyan gülünc fikir yazıb.
Xislətlərinin eyni olduğu dəqiqdir.

Xuraman Etibarlı,
KONKRET.az
