Məhəmməd Salah zədələndibackend

Məhəmməd Salah zədələndi

Afrika Millətlər Kubokunun B qrupunda Qana ilə matçda zədələnən Misir millisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

KONKRET.az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə əzələsi dartılan 32 yaşlı hücumçu qarşıdakı iki oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Misir seçməsi ilk iki turdan sonra 2 xalla öz qrupunda ikinci pilləni tutur. Komanda qrupda son oyununu yanvarın 23-də lider Kabo-Verde yığmasına qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*