Melkonyan: “Azərbaycan xarici siyasətdə master-klass nümayiş etdirir”backend

Melkonyan: “Azərbaycan xarici siyasətdə master-klass nümayiş etdirir”

“Azərbaycan müttəfiqlərlə sistemli işləmək üzrə master-klass nümayiş etdirir. Xüsusən də müharibə ərəfəsində”.

KONKRET.az xəbər verir ki, bunu erməni tarixçi Sergey Melkonyan bildirib. O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünü əks etdirən şəklini də paylaşıb.

O daha sonra yazıb: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev növbəti görüşlər keçirib.

  1. İsrailin baş naziri Benyamin Netanyahu ilə. Netanyahu İlham Əliyevlə hələ 2016-cı ildə görüşmüşdü.
  2. İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Xaneqbi ilə.
  3. Bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə.

Ermənistan rəsmiləri kimlərlə görüşüb? Əvəzində Ermənistan müntəzəm “razborkalara” üstünlük verir və ya potensial müttəfiqlərinin addımlarına tamamilə məhəl qoymur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*