Meloyan: “Mövcudluğumuz Azərbaycan masasına qoyulub”backend

Meloyan: "Mövcudluğumuz Azərbaycan masasına qoyulub"

“Əgər hökumət Azərbaycanla sərhədlərin dəqiq demarkasiyası işləri aparırsa, o zaman sərhədin demarkasiyası hansı xəritələr əsasında aparılır, niyə birbaşa suallara aydın cavab vermirlər? Əvəzində həmişə dolambaçlı, yayınma cavablar verirlər?”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasətçi Qohar Meloyan bildirib.

“Sərhəd dəyişiklikləri prosesi gedir. Hələ bundan sonra əlavə işlər görüləcək və mayın 4-də sərhədin demarkasiyası işləri yekunlaşacaq. İyulun 1-i sülh müqaviləsinin əsasını təşkil edən təsviri protokolun tərtib edilməsi üçün son tarixdir. İmzalanmış həmin sənəddə deyilir ki, “Əlavə prinsiplər nəzərdə tutulmasa, Alma-Ata bəyannaməsi prinsipi əsasında iş aparılacaq”.

“Digər prinsiplər” ifadəsi Azərbaycana onu Alma-Ata bəyannaməsindən çıxarmaq və Ermənistana əlavə ərazi iddiaları irəli sürmək üçün hüquqi əsas verir. Üstəlik, xəbərlərdə belə ifadələr var ki, Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşü zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərini deyib”, – konstitusiya eksperti əlavə edib.

Qohar Meloyan fikrini davam etdirərək vurğulayıb ki, “Əgər hökumət öz vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilməyəcəyini bəyan edərsə, o zaman həmin hökumət hakimiyyətdə qala bilməz.

Üstəlik, hökumət Tavuşda başlayan prosesin irəliləməsi üçün beynəlxalq hüquqa müraciət etməyə, Ermənistan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə bunun erməni əraziləri olmadığını sübut etməyə çalışır”.

Qohar Meloyanın fikrincə, referendum keçirilməli, Ermənistanda səsvermə hüququna malik vətəndaşlar razılıq verməli idilər ki, geodeziya nəticəsində müəyyən ərazilər Azərbaycan ərazisi hesab edilsə belə, onlara verilməli idi.

“Bu məqsədlə konstitusiya 205-ci maddədə ərazilərin dəyişdirilməsi ilə bağlı məsələləri referendum yolu ilə həll etmək üçün dövlət hakimiyyətini məhdudlaşdırıb. Başqa sözlə, konstitusiya bu səlahiyyəti Ermənistan Respublikasının səsvermə hüququna malik vətəndaşına verib ki, buna da növbəti dəfə heç bir əhəmiyyət verilmir.

Hökumət 2020-ci il noyabrın 9-dan başlayaraq birtərəfli güzəştlər edə-edə yenə də daim kompromis terminindən istifadə edir. Bu hökumət hətta Azərbaycanın yazılı şəkildə imzaladığı öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Bu arada Azərbaycan Ermənistana yeni tələblər, xüsusən də Konstitusiyanın dəyişdirilməsi ilə bağlı tələblər irəli sürür.

Bununla onlar ölkəmizin hüquqi əsaslarını böyük sual işarəsi altına qoymaq istəyirlər. Hökumət Qarabağ səhifəsini şərəfsiz şəkildə bağladı və indi dövlətin mövcudluğunun hüquqi əsaslarını Azərbaycanın masasına qoyur”, – deyə Qohar Meloyan fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*