“Onların siyasi xətti davam etdiriləcək” – Bagiribackend

"Onların siyasi xətti davam etdiriləcək" - Bagiri

“Təyyarə qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın siyasi xətti davam etdiriləcək”.

KONKRET.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri məlumat verib.

“Onların (Rəisi və Abdullahian – red.) xətti davam etdiriləcək və Xarici İşlər Nazirliyinin bütün potensialından istifadə etməklə ölkəmizin xarici siyasət arenasında inkişafı üçün mühüm planlar da həyata keçiriləcək”, – deyə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*