Biləsuvarda 7 yaşlı uşaq qəfil vəfat etdibackend

Biləsuvarda 7 yaşlı uşaq qəfil vəfat etdi

Biləsuvar rayonunda azyaşlı uşaq qəflətən vəfat edib. 

KONKRET.az-ın məlumatına görə, 2017-ci il təvəllüdlü Xanım Eyvazlı babası evində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, azyaşlı yaşadığı Bakı şəhərindən Biləsuvara, babasıgilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*