Azərbaycanda maaşlar 100 manata qədər artdıbackend

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Son bir ildə Bakı şəhərində orta aylıq əməkhaqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb. 

KONKRET.az xəbər verir ki, ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb.

Bir il ərzində paytaxtda muzdla çalışanların orta əməkhaqqı 92 manat artıb.

Son bir ildə paytaxtda çalışanların maaşı ilə yanaşı çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib.

Xatırladaq ki, Azərbaycanda orta əməkhaqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da kənar regionlarda 675 manatdır.  (Sfera.az)

 

  • Qasım
    May 21, 2024 - 19:07

    Hacıyev

  • Qasım
    May 21, 2024 - 19:10

    Artım olmalıdır, maaşlar azdır

  • Vətəndaş
    May 21, 2024 - 19:27

    Bəs infilyasiya ne qədər olub onuda yazinda.men əminəm ki bu statistikani məqaləyə ceviren adamin hec maasi ozunə catmir.millət banklardan jredit alib dolanir.Fexrle meqalə yazirsiz.

  • Mais
    May 21, 2024 - 21:23

    Loj, pizdyoj vranyo…

  • Rəşid
    May 22, 2024 - 01:09

    Maaşlar qiymetlere baxanda qane etmir bunun erzaqi komunali var ancaq onlari zulumle odeyrik insan kimi ozumuze bir yaxşi heyat qura bilmiriy bu gunki gun menim 28 yaşim var helede aile qura bilmirem meni kimi menden yaşda boyuk cavan oglanlar hamisi subaydi imkansizliqdan aile qura bilmirler indide qadinladimiz imkna vara dovlete baxir.ozumde muharibe vetraniyam 80 manat teqaud aliram zavodda fehle işleyirem maaş qane etmir ozumde çox xesdeliklerim var pulum dermanlara gedir hec bir qurumda desdey gosdemir maaşlar artsa yene oz ozumuze nese bir şey ederiy ya maş artsin yadaki qiymetleri endirin erzaq bir terefden baha qaz işiqdaki limitle etmisiz bele olmazaxi biz kasib nece edey limitle komunal odeyirik

  • Farrux
    May 22, 2024 - 22:08

    Salam maaşlar çox azdı mən 359 manat maaş alıram beş nəfər ay ilə təkibindəyük maş çatmır maaşlar haçan artacaq?

  • Anar
    May 23, 2024 - 19:31

    Bu xəbərdə maaş ancaq Bakıda artı. Bunu Azərbaycanan nə əlaqəsi?

  • Namelum
    May 27, 2024 - 13:42

    Anam tibb bacısıdı dövlətdə işləyir ancaq aldığı maaş 400 manatdı. Basıb bağlıyırsız kim 1152 manat orta maaş alır ki. Dövlət versəydi bu pulu bakı yaxşı yaşıyardı.

  • Arzu Əlizadə
    May 27, 2024 - 16:02

    Mənim oğlum Turalın da 26 yaşı olacaqdı.Ev olmadığına görə onu evləndirə bilmədim.35 ildir ki,ibtidai sinif müəlliməsiyəm.Keçən il sertifikasiya imtahanından 51 bal topladım.Maaşım 35 %artdı.679 manat alırdım.sentyabrdan.Oğlum ucuz qiymətə bir Jiqulii istədi,mən də aldım ki,taksi kimi işlətsin.Heç 20 gün də.sürmədi.Qəza oldu və həlak oldu.Bu da maaş artımı.Mənsə gözəl oğlumu itirdim.Gecə-gündüz ağlayıram.Yaşamalı rayon deyil Astara.Kreditlər qurtarsa,gedəcəyəm qızımın yanına Türkiyəyə.İnsanlar xain,paxıl.Oğlumu yaşamağa qoymadılar bu xarabada.😭

  • Eynulla
    May 27, 2024 - 23:06

    Maaşlar 100 man artdı.Ay axmaq yalan niyə danışırsan. Maaşlar nə vaxt qalxdı ki camaatın xəbəri olmadı.Adını da KONKRET AZ qoymusan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*