Fransa güc tətbiq edir – Yerli əhali zara gəlibbackend

Fransa güc tətbiq edir - Yerli əhali zara gəlib

Fransa təhlükəsizlik qüvvələri ölkədən 17 min kilometr uzaqlıqdakı Yeni Kaledoniyada təxminən bir həftədir davam edən şiddəti yatırtmağa çalışır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi keçən həftə adaya sövq edilən təxminən 2700 polis və jandarma ilə genişmiqyaslı əməliyyatlar həyata keçirərək yerli xalqın müstəqillik tələblərini boğmağı hədəfləyir.

Yerli səlahiyyətlilər adanın əvvəlki günlərə nisbətən daha sakit bir gecə olduğunu bildirib. Paytaxt Noumeanın Dukos bölgəsində yanğın və qarət hadisələri davam edir. Paytaxtın Dumbea bölgəsində isə yolları barrikada etmək cəhdləri davam edir.

“Yeni Kaledoniya Respublikası” kimi tanınan koloniyadakı Fransa Ali Komissiyası bu gündən etibarən adada 240 nəfərin saxlanıldığını və Fransa hökumətinin göstərişi ilə adalara tam nəzarəti təmin etmək üçün əməliyyat keçirildiyini açıqlayıb.

Həmçinin bildirilib ki, fövqəladə vəziyyət dövründə adada spirtli içki satışı, silah daşınması və toplantılara qoyulan qadağa, həmçinin saat 18.00-06.00 arası komendant saatı davam edəcək.

Digər tərəfdən, müstəqillik tərəfdarlarının mərkəzinə çevrilən paytaxt Noumeadakı zorakılıqlar səbəbilə Yeni Kaledoniya Universitetinin şəhərciklərinin növbəti xəbərdarlığa qədər bağlı qalacağı açıqlanıb.

Yeni Kaledoniyada xidmət göstərən beynəlxalq hava yolu şirkəti “Airkalin” hava limanının mayın 23-dək bağlı qalacağını bildirib. ransa Daxili İşlər Nazirliyinin sözçüsü Kamille Çayze bildirib ki, adada silahlanma və silah dövriyyəsinə qarşı yüksək hazırlıq görülüb. Yeni Kaledoniyada keçirilən əməliyyatlar zamanı həyatını itirən iki jandarm üçün Fransanın Buş-du-Rhone əyalətindəki İstres hava limanında mərasim keçirilib.

Daxili işlər naziri Cerald Darmaninin də qatıldığı mərasimdən sonra iki jandarmanın cənazələri İvelin əyalətindəki Velizi-Villakulay hərbi bazasına aparılıb.

Qeyd edək ki, Yeni Kaledoniyada müstəqillik tərəfdarları Fransa hökumətinin yerli müstəqillik tərəfdarlarının gücünü qıracaq konstitusiya islahatları təşəbbüsünə qarşı çıxırlar.

Yeni Kaledoniyanın yerli əhalisi olan Kanaks adanın 300 minlik əhalisinin təxminən yüzdə 40-ını təşkil edir. Fransa hökuməti konstitusiya dəyişikliyi layihəsi ilə adada 25 mindən çox fransız seçicinin seçkilərdə səs verməsinin yolunu açmaq istəyir. Adada 2018, 2020 və 2021-ci illərdə üç dəfə müstəqillik referendumları keçirilib, lakin müstəqillik tərəfdarları 50 faizə çata bilməyib.

Zorakılıq hadisələri zamanı 200-dən çox iş yeri və 50-dən çox avtomobil yandırılıb, 6 nəfər həyatını itirib.

Yeni Kaledoniyada artan zorakılıqdan sonra fövqəladə vəziyyət elan edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*