“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo futbolda fərdi mükafatların dəyəri ilə bağlı fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, “FİFA-nın “Qızıl top” və “Ən yaxşı” mükafatı haqqında nə düşünürsən?” – sualına belə cavab verib:
“Düşünürəm ki, bu mükafatlar müəyyən mənada etibarını itirir. Bu o demək deyil ki, Messi, Haaland və ya Mbappe onlara layiq deyil. “Globe Soccer Awards”da nominasiya qazanmağıma baxmayaraq, mən daha bu mükafatlara inanmıram”, – deyə Ronaldo bildlrib.
Burhan,
KONKRET.az
