Mercedes-Benz öz premyerasına əfsanəvi G-Class modelinin yeni nəslini hazırlayır.
KONKRET.az xəbər verir ki, 30 ildən artıqdır avtomobil cəmi iki nəsil keçib. Sonuncu nəsil 2018-ci ildə buraxılıb. Premyerasından 6 il sonra G-Class-ın ikinci nəsli səhnəni tərk etməyə hazırlaşır. 2024-cü ildə “Gelandewagen”in yeni nəslinin işıq üzü görəcəyi təsdiqlənib.
Modelin konveyerdən çıxarılmasının dəqiq tarixi açıqlanmayıb, lakin model üçün alınan bütün sifarişlər tamamlandıqdan sonra “Gelandewagen”in istehsalının başa çatacağını güman etmək olar.
Klassik yolsuzluq avtomobili müasir tendensiyalar nəzərə alınmaqla yaradılmış daha texnoloji versiya ilə əvəz olunacaq.
Burhan,
KONKRET.az
