Mərkəzi Bankın rəhbəri qorxusundan ölkədən qaçdıbackend

Mərkəzi Bankın rəhbəri qorxusundan ölkədən qaçdı

Liviya Mərkəzi Bankının (MB) rəhbəri Sadiq əl-Kəbir həyatı üçün təhlükə olduğuna görə ölkəni tərk etmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki,o, bu barədə “Financial Times”a müsahibəsində bildirib.

Əl-Kəbir bildirib ki, o və digər yüksək səviyyəli bank işçiləri canlarını silahlı hücumlardan qorumaq üçün ölkədən qaçmağa məcbur olublar.

Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviya vahid dövlət kimi mövcudluğunu dayandırıb. Hazırda ölkədə bir-birini tanımayan iki hökumət var – Abdelhamid Dbeibahın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Milli Birlik Hökuməti (GNU) və Liviya ordusu və Liviyanın baş naziri vəzifəsini icra edən Usamə Həmmad tərəfindən dəstəklənən Milli Sabitlik Hökuməti.

/Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*