“Marvel”də “Şahingöz” superqəhrəman obrazı ilə tanınan amerikalı aktyor Ceremi Renner qar kürüyərkən aldığı xəsarətdən sonra əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Bildirilib ki, aktyor qar təmizləyərkən döş qəfəsindən küt travma alıb. O, əməliyyat olunub və reanimasiya şöbəsindədir.
Məlumata görə, hadisə aktyorun Nevada ştatındakı evində baş verib.
Qeyd edək ki, Ceremi Rennerin 51 yaşı var. Kinosevərlər onu daha çox “Fırtınanın hökmdarı” (The Hurt Locker, 2008), “Oğrular şəhəri” (The Town, 2010), “Cadugər ovçuları” (Hansel & Gretel: Witch Hunters, 2012), o cümlədən “Tor” (Thor, 2011) və “Qisasçılar” (The Avengers, 2012) filmlərindən tanıyır.

İqbal Rzayev,
KONKRET.az
