Avroviziya təmsilçimizə “Space” TV-də vəzifə verildibackend

Avroviziya təmsilçimizə “Space” TV-də vəzifə verildi

Avroviziya təmsilçimiz Fahree “Space TV”də yüksək vəzifəyə təyin olundu.

KONKRET.az xəbər verir ki, bu barədə kanalın rəsmi sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində (2024-cü il) təmsil etmiş Fahree (Fəxri İsmayılov) “Space TV”nin Baş direktorunun müşaviri vəzifəsinə gətirilib.

O, yeni vəzifəsində telekanalın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, musiqili layihələrin hazırlanması və yaradıcı konsepsiyaların formalaşdırılmasına məsul olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*