Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcəkbackend

Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.

Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*