Canana ittihamlara cavab verdi: “Övladlarımdan istifadə edib, məndən…” – Müsahibəbackend

Canana ittihamlara cavab verdi: "Övladlarımdan istifadə edib, məndən..." 

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana keçmiş qaynanasının onun haqda səsləndirdiyi ittihamlara cavab verib.

KONKRET.az xəbər verir ki, Canana Teleqraf.com-un suallarını cavablandırıb.

– Mətanət xanımın efirdə səsləndirdiyi ittihamlar barədə nə deyə bilərsiniz?

– Mətanət İsgəndərli deyir, pandemiya zamanı oğlum dedi ki, sizinlə yaşayaq. Bu real sözdür?! Bu nə deməkdir? Necə haqsız insandır?! Bildirir ki, 10 il mənə baxıb. Sən kimsən ki, mənim nəsil-köküm yox idi?! Sən mənə səkkiz il zülm vermisən, nişanlı saxlamısan. Mənim başıma gəlməyən oyunlar qalmayıb. O nə danışır, Allahdan qorxmur?!

– Mətənət İsgəndərli sizi övladınızdan ayırmaq istəmədiyini vurğulayıb. Nə dərəcədə doğrudur?

– Hər şeyi yalan deyir.

– Uşaqlarınızla münasibətiniz necədir?

– Uşaqlarım çox əziyyət çəkirlər, onlardan ötrü ürəyim partlayır. Körpələrimdən istifadə edib, məndən heyif alır. Allah onun cəzasını versin! Uşaqlarım psixoloji əziyyət çəkir. Bir az əvvəl uşaqların qəyyumluğu haqda vəkil rəy göndərib. Körpə uşaqları anadan ayırmaq olar?! Yazılıb ki, yaşayış şəraiti uyğun olmadığına görə uşaqlar atada qalır.

Uşağı düşünən yoxdur. Bütün günü qızımın əlində telefon var, oğlum isə kompüterin qabağında qalıb. Oğluma zəng edirəm, danışmaq istəmir ki, yorğundur, yatmaq istəyir. Bütün günü “iqra” oynayır. Dərs marağında deyil. Evdə işləyən qulluqçu mənə deyir ki, ona nə öyrədim?

Pandemiyada taksi ilə də olsa uşaqları hazırlığa aparırdım. Mətanət avtomobilimi əlimdən aldı, evdə yeməksiz qoydu. İndi uşaqlarımı müəllim yanından çıxarıblar. Uşaqlarım üçün ağlayıram, əks halda tək qadınam, niyə ağlayıram ki? Fikirləşmirlər ki, uşağım üçün mübarizə aparıram.

– Mətanət xanım Moskvadan gəldikdən sonra sizinlə əlaqə saxladı?

– Xeyr, əlaqə saxlamayıb. Uşaqları götürüb apardı, itə dişlətdirdi və vecinə də almadı. Məhkəməyə qəyyumluq göndərilib, oktyabrın 27-də məhkəmə baş tutacaq. Məhkəmə qərarını verməlidir.

Allahdan baqşa hər şey yalandır. Bu da bir sınaqdır, hər şey yaxşı oacaq. Uşaqlarımın psixologiyasını pozublar, vətənə, cəmiyyətə layiqli övladlar böyütmək istəyirəm. Sən mənimlə mübarizə aparırsan, uşaqlarıma zərbə vurursan. Qulluqçu uşaqlarıma baxır, ana-bala bütün günü Moskvada toy mərasimlərinə gedirlər.

Oğlu mənə ağlaya-ağlaya danışırdı ki, onu nənəsinin üzərinə atıb, gedirmiş. Sən övlad hissinin nə olduğunu bilirsən? İndi uşaqlarıma tramva yaşadırsan. Qızına məktəb attestatını pulla alıb, 36 min dollar verib, universitetə düzəltdirib. Qızına bacısı Təranə baxıb. Mənim də övladlarımı elə etmək istəyirsən?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*