Metroya artıq yüklə girənlərin NƏZƏRİNƏ: Əlavə pul ödəməli olacaqsınızbackend

Metroya artıq yüklə girənlərin NƏZƏRİNƏ: Əlavə pul ödəməli olacaqsınız

Türkiyədə metroda əlavə yük daşıyan sərnişinlər üçün artıq ödəniş tətbiq edilir. Bəs bu cür qaydanın Azərbaycanda da tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov açıqlama verib.

Parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib -EKSPERT

Ekspert bildirib ki, metroda əlavə yük daşıyanlara ödəniş tətbiqi əslində Azərbaycanda da yeni məsələ deyil:

“Metroda əlavə yük daşıyanlara təsdiq olunan ödəniş var. Əgər daşınan əşya təhlükəli maddə deyilsə,- yəni alışma və ya yanma riski yoxdursa, onun aparılmasına icazə verilir.

Əgər yük orta ölçüləri aşmırsa, bu halda da sərnişin metroya onu daxil edə bilər. Sadəcə, həmin yük üçün əlavə ödəniş tələb olunur.”

Aslan Əsədov qeyd edib ki, bu qayda hələ 1990-cı illərdən əvvəl mövcud olub:

“Bizdə belə ödəniş sistemi metro yaranandan tətbiq edilib. Müxtəlif vaxtlarda ləğv olunub, daha sonra isə yenidən bərpa edilib. Qaydaya görə, hər bir şəxs üçün bir nəfərlik bilet haqqı, məsələn, 60 qəpik ödənilirsə, yük üçün də eyni məbləğ ödənməlidir.”

Ekspertin sözlərinə görə, bu sistemin məqsədi həm təhlükəsizliyi qorumaq, həm də sərnişin axınında balansı saxlamaqdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*