Milli Məclisin buraxılacağı ilə bağlı xəbərə deputatdan reaksiya – Burada qanuna zidd heç nə yoxdurbackend

Milli Məclisin buraxılacağı ilə bağlı xəbərə deputatdan reaksiya - "Burada qanuna zidd heç nə yoxdur"

YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

Belə ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Image result for fazil mustafa

Məsələ ilə bağlı KONKRET.az –a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu barədə hələlik məlumatsızdır: “Amma hər bir halda hakim partiya səs çoxluğundan istifadə edərək belə bir qərar qəbul edə bilər. Seçkilərə bir il qalıb. Parlamentin buraxılması mümkündür və yenidən seçkilər təyin oluna bilər. Burada qanuna zidd heç bir hal yoxdur”.

Image result for Araz Əlizadə

Millət vəkili Araz Əlizadə isə Parlamentin buraxılacağı ilə bağlı xəbərə belə reaksiya verib: “Seçkilərə 1 il qalmış Milli Məclisin buraxılmasının heç bir əhəmiyyəti yoxdur.  Amma bizə bu barədə hələ heç bir məlumat daxil olmayıb, iş başındayıq. Buraxsalarda, bu baş verəcək. Lakin erkən seçkilərin keçirilməsinin heç bir mənası yoxdur”.

 

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*