Premyer Liqa: “Mançester Siti” darmadağınla üç xalı qazanıbbackend

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

İngiltərə Premyer Liqasında növbəti oyun keçirilib.

KONKRET.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Brayton”la qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kevin De Brüyne (1 qol), Fil Foden (2 qol ) və Xulian Alvares (1 qol) vurub.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran “Mançester Siti” ikinci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 77 xalla “Arsenal” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*