Millimizin hücumçusu 1 il meydana çıxa bilməyəcəkbackend

Millimizin hücumçusu 1 il meydana çıxa bilməyəcək

Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak bu gün əməliyyat olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə İdman.bizə Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov məlumat verib.

O bildirib ki, ötən ilin dekabrın əvvəlində Türkiyə Superliqasında xəsarət alan “Qalatasaray”lının diz bağları qopub.Hücumçunun ən azı 1 il meydanlardan kənar qalacağı dəqiqləşib.Qeyd edək ki, ötən ilin sonlarında əməliyyat olunacağı və 9 ay meydandan kənarda qalacağı gözlənilsə də, təkrar müayinədən sonra müddət artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*