Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldıbackend

Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldı

Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*