“Moldovada separatçıların hərbi obyektlərdə təxribat qrupları hazırlanır”.
KONKRET.az xəbər verir ki, bu barədə Dnestryanı separatçıların rəhbəri Vadim Krasnoselski Rusiya mətbuatına bildirib.
Onun sözlərinə görə, bu barədə ATƏT-ə məlumat verilib, lakin təşkilatdan heç bir reaksiya yoxdur.
Qondarma “Dövlət Təhlükəsizlik Nazirliyi” təxribat qruplarına ukraynalıların da daxil olduğunu bildirib.
Pridnestroviyalı “siyasətçi” Gennadi Çorba bir müddət əvvəl bildirmişdi ki, qondarma respublika fevralın 28-də Rusiyaya qoşulacağını bəyan etməyi planlaşdırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
