Moldovadakı separatçılar Rusiyadan kömək istədibackend

Moldovadakı separatçılar Rusiyadan kömək istədi

Dnestryanı separatçıları Moldovanın “iqtisadi blokadası” bəhanəsi ilə Rusiyadan yardım istəyiblər. 

KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, qondarma rejimin deputatları bununla bağlı Rusiya Federasiya Şurasına və Dövlət Dumasına ünvanlanan qətnamə qəbul ediblər.

Qətnamədə bildirilib ki, Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşının daimi yaşadığı, Dnestrdə rus sülhməramlılığının unikal müsbət təcrübəsi, habelə danışıqlar prosesində təminat və vasitəçi statusu kimi faktlar baxımından Dnestryanıda mühafizə tədbirləri həyata keçirilməlidir.

Separatçılar BMT Baş katibinə ünvanladıqları müraciətdə “beynəlxalq normaları”n nəzərə alınmasını xahiş ediblər. Onlar BMT-ni “Moldova tərəfindən Dnestryanı vətəndaşların hüquq və azadlıqların pozulmasına son qoymağa” çağırıblar və təşkilatdan “gərginliyin artmasına aparan təxribatların törədilməsinəə yol verməməyi” xahiş ediblər.

Deputatlar həmçinin ATƏT-i Moldova rəhbərliyinin “beynəlxalq danışıqlar prosesi çərçivəsində adekvat dialoqa” qayıtmasına təsir göstərməyə çağırıblar. Onlar hesab edirlər ki, ATƏT “münaqişənin sivil həlli üçün şəraiti” təmin etməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*