backend

Müxalifətçi: Nikol Paşinyan 1 mart hadisələrinin təkrarlanmasını istəyir

“Nikol Paşinyan 1 mart hadisələrinin təkrarlanmasını istəyir. Bu dəfə iqtidar statusunda. Əvvəllər onun ruhu polisləri döyəndə razı qalırdı, indi isə polis döyəndə. Hər iki halda da öz hakimiyyəti naminə döyüşür”.

KONKRET.az  xəbər verir ki, bu fikirləri “Ermənistan” blokunun parlament fraksiyasından olan deputatı Andranik Tevanyan Facebook-da yazıb.

Xatırladaq ki, bir müddət əvvəl parlament müxalifəti Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı parlamentin bəyanat layihəsini hazırlamışdı. Müxalifətçilər layihədə keçilməsi mümkün olmayan “qırmızı xətlər”ə işarə ediblər. Xüsusilə, Qarabağın Azərbaycanın tərkibində istənilən statusda olmasını istisna ediblər. Müxalifət Ermənistan hakimiyyətindən birbaşa və açıq şəkildə belə bir ssenarinin həyata keçirilməməsini tələb edib. Bunun üçün parlamentin növbədənkənar iclası çağırılsa da, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlarının iclasa gəlməməsi onun keçirilməsinin qarşısını alıb.

Müxalifət buna cavab olaraq Hökumət binasının bütün giriş-çıxışlarını bağlayıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahının da yerləşdiyi hökumətin baş evinə gedib. Orada polislə etirazçılar arasında atışma olub, asayiş keşikçiləri tərəfindən xüsusi texnikanın tətbiqi ilə kütləvi toqquşma qeydə alınıb.

Polis şöbələrinə çoxlu vətəndaş gətirilib, bəziləri döyülüb. Onlardan ağır olanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, istər erməni müxalifətinin, istərsə də iqtidarın bəzi nümayəndələrin canfəşanlığına baxmayaraq sülh müqaviləsindən sonra Qarabağ Azərbaycanın tərkibində olacaq. Çünki Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv olduğu sənəddə bu bölgə ölkəmizin ərazisi kimi təsbit edilib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*