Almaniyada silahlı şəxs Axen şəhərinin qərbindəki Kraliça Luiza xəstəxanasında insanları girov götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tibb müəssisəsini mühasirəyə alıblar.
Hücum edənin kimisə hədələyib-hədələmədiyi və tələblərinin nə olduğu hələlik məlum deyil. Xəstələr və klinika əməkdaşları təxliyə edilir, ətrafdakı yollar bağlanıb.
Burhan,
KONKRET.az
