NASA özünün ilk tam elektrikli X-57 təyyarəsini sınamağa hazırdırbackend

NASA özünün ilk tam elektrikli X-57 təyyarəsini sınamağa hazırdır

NASA-nın Armstronq adına Uçuş Araşdırma Mərkəzinə sınaq üçün dünyanın ilk tam elektrikli X-57 Maxwell təyyarəsi gətirilib.

KONKRET.az xəbər verir ki, bu nəqliyyat vasitəsi ilk dəfə 2016-cı il iyunun 17-də Vaşinqtonda Amerika Aeronavtika və Astronavtika İnstitutunun illik forumunda təqdim edilmişdi. Onun ilk modifikasiyası İtaliyanın cütmühərrikli Tecnam P2006T təyyarəsinin bazasında hazırlanmış və hibrid mühərrikli idi. Bu, 8,7 metr hündürlüyü və 11,4 metr qanad açılışı olan bir təyyarə idi. Tecnam P2006T təyyarəsində hər biri 100 at qüvvəsinə sahib olan iki mühərrik çalışır ki, bu da 250 km/saat sürət yığmağa və dolu çənlə min kilometrdən çox məsafə qət etməyə imkan verir.

NASA-nın hazırladığı təyyarə füzelyajın və qanadların dəyişdirilmiş konstruksiyası, eləcə də güc qurğusu ilə fərqlənir. Hər iki qanadın ətrafında 14 pərli mühərrik quraşdırılıb, onlardan 12-si elektrik akkumulyatorlarından qidalanır. Akkumulyatorlar təyyarənin ümumi həcminin 70%-dən çox hissəsini tuturlar. İlk modelin iki böyük benzin mühərriki uçuşdan əvvəl sürət yığmaq üçün saxlanılıb.

Bu yaxınlarda NASA mərkəzinə gətirilmiş X-57 təyyarəsinin ikinci modifikasiyası bütün mühərriklərin elektrikli olması ilə seçilir. Bu versiya təyyarənin yer üzərində sınaqlara başlamasına imkan verir, daha sonra sükan idarəetməssitemi yoxlanılacaq, sonda isə təyyarənin uçuş sınaqları reallaşacaq.

Lakin NASA bu modelin üzərində dayanmır. Agentlik nümayəndələrinin sözlərinə görə, X-57-nin üçüncü və dördüncü modifikasiyaları üzərində iş davam edir. Bu yaxınlarda Armstronq adına Uçuş Tədqiqat Mərkəzinin yük laboratoriyasında yeni yüksək aspektli qanadın yüklənmə sınaqları uğurla başa çatıb. Testləri başa vurduqdan sonra bu qanadən füzelyajın parametrlərinə uyğunluğu yoxlanacaq ki, üçüncü və dördüncü modifikasiyalara keçid rahat olsun.

X-57 təyyarəsi, NASA-nın fikrincə, elektrik təyyarələrinin istehsalında istehsalçılar üçün bir növ nümunə olmalıdır. Agentlik təyyarə inşaatında bu sahədə irəliləməni sürətləndirmək üçün təyyarənin dizaynını bütün maraqlı şirkətlərlə bölüşməyi planlaşdırır. Ayrıca, X-57 fərdi və kommersiya elektrik təyyarələrinin gücünü və digər parametrlərini tənzimləyən qanunların inkişafı üçün bir modelə çevrilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*