NATO-nun baş katibi vəzifəsinə niderlandlı siyasətçi gətirilə bilərbackend

NATO-nun baş katibi vəzifəsinə niderlandlı siyasətçi gətirilə bilər

ABŞ Prezidenti Co Baydenin NATO-nun Baş katibi postu uğrunda yarışda kimi dəstəkləyəcəyi məlum olub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, söhbət Niderlandın baş nazirinin vəzifələrini icra edən Mark Ruttedən gedir. ABŞ da daxil olmaqla alyansın 20-dən çox üzvü məhz M.Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyə hazırdır. NATO qaydalarına görə, baş katib vəzifəsinə namizəd yekdilliklə seçilməlidir.

AĞ Evdə hesab edirlər ki, Baydeninin bu namizədi müdafiə etməsi digər müttəfiqlərin də onu dəstəkləməsinə gətirib çıxara bilər. Seçiləcəyi təqdirdə yeni baş katibin Rusiya ilə toqquşma kursuna sadiq qalacağı, NATO və kollektiv təhlükəsizliklə bağlı respublikaçıların skeptisizmini dəf etməli olacağı iddia edilir.

Qeyd edək ki, M.Rutte 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə əlaqədar Vladimir Putin və Rusiya hökumətinin üzvlərinə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*