Rusiyanın cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnının məzarının kütləvi şəkildə ziyarəti davam edir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, gün ərzində yüzlərlə insan Moskvadakı Borisovski qəbiristanlığına axın edir.
Navalnının məzarı önünə gül dəstələri qoymaq istəyən insanlar saatlarla uzun növbədə dayanırlar.
“Qəhrəmanlar ölmür. Çox sağ ol Aleksey” yazılmış vərəqləri güllərlə birlikdə məzarın üzərinə qoymaqla, rusiyalılar həm kədərlərini ifadə edir, həm də mərhum müxalifətçiyə minnətdarlıqlarını ifadə edirlər.
Xatirə SADİQ,
KONKRET.az
