X sosial şəbəkəsi (keçmiş Twitter) Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın hesabını bloklayb.
KONKRET.az-ın məlumatına görə, xəbər mediada yayılandan sonra problem tezliklə aradan qaldırılıb.
Navalnayanın hesabının bloklanması onun bu gün Alekseyin cəsədinin qaytarılmasına və ləyaqətlə dəfn olunmasına icazə verilməsinə çağıran yazı dərc etməsindən sonra baş verib.
Sosial şəbəkənin nümayəndələri bu cür hərəkətlərin səbəbini şərh etməsələr də, yarım saat sonra Navalnayanın hesabını blokdan çıxarıblar.

Burhan,
KONKRET.az
