Naxçıvanda orta məktəbdə iki bacı xəsarət aldıbackend

Naxçıvanda orta məktəbdə iki bacı xəsarət aldı

Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri – 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*