“Naxçıvanın Azərbaycanla birləşməsi qarşıda duran məsələdir. Bu münaqişənin tarixi səbəblərindən biri Rusiyadır”.
KONKRET.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq, professor Furkan Kaya deyib.
O daha sonra vurğulayıb: “Paşinyan Ermənistan dövlətinin siyasətini tam təmsil etmir. Ermənistan ABŞ-dakı erməni lobbisi tərəfindən idarə olunur. Necə ki, Yunanıstanı Birləşmiş Ştatlardakı yunan diasporu idarə etdiyi kimi.
Ona görə də ABŞ lobbinin təsiri olmadan bölgədə sülhün olması üçün səmimi istək nümayiş etdirməlidir”.
Natiq Səlim,
KONKRET.az